“Mançester Yunayted”ə qayıtmaq istəmir - Ondan razıdırlar

28 Mart 2025 16:55 İngiltərə 848
“Mançester Yunayted”ə qayıtmaq istəmir - Ondan razıdırlar

Ceydon Sançonun “Mançester Yunayted”i daimi olaraq tərk etmə ehtimalı yüksəkdir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” ingiltərəli vingerə güvənmir.

Futbolçunun özü isə “Old Trafford”a qayıtmağı planlaşdırmır.

Sançonun hazırda icarə əsasında çıxış etdiyi “Çelsi” onun alınması ilə bağlı Klublararası dünya çempionatına qədər qərar verəcək. London klubunda hər kəsin ondan razı olduğu vurğulanır.

Daha əvvəl 25 yaşlı futbolçunun xidmətində Leverkuzen “Bayer”inin və Dortmund “Borussiya”sının maraqlı olduğu bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!