Hücumçusunu “Barselona”ya satmaq istəmir Premyer Liqa mənsubu

21 Mart 2025 20:25 İngiltərə 833
Hücumçusunu “Barselona”ya satmaq istəmir Premyer Liqa mənsubu

“Liverpul” “Barselona”nın maraqlandığı hücumçusu Luis Diasla ayrılmaq niyyətində deyil.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu artıq kolumbiyalı futbolçunu transfer etmək üçün maliyyə vəsaiti axtarır.

Forvardın özü də İspaniya klubuna keçməkdə maraqlıdır. Lakin “Liverpul” Diası satmaq istəmir, ona görə də onunla yeni müqavilə imzalamağa çalışır.

Futbolçunun “qırmızılar”la hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. O, bu mövsüm 42 matçda 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM