50 milyon avroluq transfer - Premyer Liqa nəhəngindən

14 Avqust 2021 21:40 İngiltərə 1 277
50 milyon avroluq transfer - Premyer Liqa nəhəngindən

"Mançester Yunayted" yeni transferini təqdim edib.

Sportinfo.az xəbər verir ki, "qırmızı şeytanlar" "Real"dan Rafael Varanı transfer etdiyini rəsmi saytı vasitəsilə açıqlayıb.

Fransa millisinin üzvü ilə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb.

"Mançester Yunayted" 28 yaşlı mərkəz müdafiəçisi üçün İspaniya təmsilçisinə 50 milyon avro ödəyib.

Rafael Varan "Real"a 2011-ci ildə Fransanın "Lans" klubundan transfer olunub. Varan "kral klubu"nun heyətində meydana çıxdığı 360 matçda 17 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti