Premyer Liqada yeni mövsümün püşkü atıldı

17 İyun 2021 15:20 İngiltərə 569
Premyer Liqada yeni mövsümün püşkü atıldı

İngiltərə Premyer Liqasında yeni – 2021/22 mövsümünün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, avqustun 14-də start götürəcək çempionatın bütün turlarının oyun cədvəli məlum olub.

Premyer Liqada yeni mövsümdə 38 turda ümumilikdə 380 oyun keçiriləcək.

Son çempion “Mançester Siti” ilk turda səfərdə “Tottenhem”lə qarşılaşacaq. “Mançester Yunayted” “Lids”i, “Çelsi” “Kristal Pelas”ı qəbul edəcək. “Liverpul” isə debütant “Norviç”in qonağı olacaq.

Premyer Liqanın son turunun oyunları 2022-ci il, mayın 22-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti