Məşhur milyarder transferlərə 300 milyon ayırır

24 Fevral 2021 12:20 İngiltərə 694
Məşhur milyarder transferlərə 300 milyon ayırır

“Çelsi” rəhbərliyi komandanı gücləndirmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, rəhbərlik yayda önəmli transferlər etməyi planlaşdırır.

Məlumata görə, “Çelsi”nin sahibi bunun üçün 300 milyon avro ayırmağı düşünür.

Əsas hədəf də bəllidir: Yaxın vaxtlarda Çempionlar Liqasının qalibi olmaq. “Çelsi”nin əsas transfer hədəfi də məlumdur. Prioritet Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holandın alınmasıdır.

Məlumata görə, Abramoviç bu transfer üçün istənilən məbləği ödəməyə hazırdır.

Digər Xəbərlər
Xəbər Lenti