“Mən lazım olan vaxtda Azərbaycana səfər etməyə hazıram"

27 Noyabr 2025 07:10 Hadisə 1 007
“Mən lazım olan vaxtda Azərbaycana səfər etməyə hazıram"

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Ermənistana səfərə dəvət etməyi planlaşdırır.

Bu barədə A.Simonyan jurnalistlərə açıqlamasında bildirib.

O, Azərbaycana səfər etməyə hazır olduğunu da qeyd edib: “Mən lazım olan vaxtda Azərbaycana səfər etməyə hazıram. Həmkarımı hansısa formatda Ermənistana dəvət etmək niyyətindəyəm”.

Simonyan Azərbaycana səfərə dəvət alıb-almamağı ilə bağlı suala isə “xeyr” cavabını verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!