COP29

Avro-2024-də çıxış edən ulduzun bu gözəllə nə əlaqəsi? - FOTOLAR

18 İyun 02:10 Hadisə 686
Avro-2024-də çıxış edən ulduzun bu gözəllə nə əlaqəsi? - FOTOLAR

Bu günlər İtaliya millisinin qapıçısı Canluici Donnarumma üçün olduqca gərgin keçir.

Onun fikri 2 istiqamətə yönəlib.

Birincisi, ölkəsinin yığması ilə Avro-2024-də çıxış edir. İkincisi isə bu günlərdə ata olmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, iİtalyan gözəl Donnarummanın sevgilsidir.

Alessiya 1999-cu ilin mayın 25-də anadan olub. Ötən ay 25 yaşını qeyd edi . O, Donnarummadan düz 3 ay kiçikdir.

Alessiya və Cici 2017-ci ildən birlikdədirlər. Həmin vaxt 18 yaşı olan Donnarumma artıq "Milan"ın ulduzu idi. Hətta İtaliya Super Kubokunu belə qazanmışdı.

Bəzi mətbu orqanlar italyan gözəli qapıçının həyat yoldaşı adlandırsalar da, cütlüyün toyu olduğuna dair heç bir sübut yoxdur. Elefantenin sosial şəbəkələrdə ağ gəlinlikdə fotosunu tapmaq mümkün deyil.

2021-ci ildə cütlük Parisə köçüb. Buna səbəb Cicinin PSJ ilə uzunmüddətli müqavilə imzalaması olub.

2023-cü ildə onlar xoşagəlməz hadisə ilə üzləşiblər. Cütlük evlərində soyğunçuların qurbanı olublar.

Cinayətkarlar Donnarumma və sevgilisini bağlasalar da, qaça biliblər. Dəyən zərərin isə 500 min avro olduğu bildirilir.

Amma bu bəla artıq unudulub. Tezliklə Canluici ata olacaq. Bəlkə də Avro 2024 zamanı. Yəni Donnarmmanın tezliklə şad xəbər alma ehtimalı var.

Digər Xəbərlər
Xəbər Lenti