“Neftçi”də oynadı, çox pul istədi, Premyer Liqanın 3 klubundan İMTİNA ALDI

16 Fevral 2024 09:40 Hadisə 1 514
“Neftçi”də oynadı, çox pul istədi, Premyer Liqanın 3 klubundan İMTİNA ALDI

“Neftçi”nin sabiq legioneri Mamadu Mbodj "Ordabaşı”dan (Qazaxıstan) ayrılıb.

Seneqallı müdafiəçi “Hapoel Hadera”ya keçib.

Afrikalı 2019-cu ilin yanvarından 2022-ci ilin sonunadək "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"la çempionluq da yaşayıb. 30 yaşlı futbolçu daha əvvəl “Srvena Zvezda”, “Napredak” və “Jalqris”də də oynayıb.

"Hapoel Hadera" İsrail çempionatında 21 turdan sonra 18 xalla 14 komanda arasında 13-cü pillədədir. Mbodj oradan öncə Azərbaycan qayıtmaq istəyib.

Menecerlər vasitəsilə ”Səbail”, ”Qəbələ” və ”Araz-Naxçıvan”a öz xidmətini təklif edib. Gəl ki, aylıq 10 min dolların üzərində əməkhaqqı istəməsi bu dönüşü əngəlləyib.

PORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"