COP29

Qoy, ona baxsın, Ramil utansın, Bədavi utansın, o birilər utansın! - VİDEO

13 İyun 19:40 Hadisə 10 178
Qoy, ona baxsın, Ramil utansın, Bədavi utansın, o birilər utansın! - VİDEO

Millinin formasını geyinmək, o himni oxmaq,o sıra düzülüşündə boy göstərmək hər futbolçunun arzusudur.

Bu kama çoxu çatmır.

Xəyalına qovuşanlar özlərini xoşbəxt saya bilər - nə qədər həmkarı onların yerində olmaq istəyərdi.

Anton Krivotsyuk əslən ukraynalıdır, Kiyevdə dünyaya göz açıb. 2015-ci ildən millilərimizə ayaq açmağa başlayıb.

Bütün aşağı yaş qrupları üzrə yığmalarımızın formasını geyinib. Bu pilləkanları sürətlə adlayıb, nəhayət, 2019-cu ildə ölkəmizin əsas komandasına cəlb olunub.

Təqribən 1-2 il qabaq dövlət himnimiz çalınarkən, fikir verdim, digər futbolçuların əksəriyyəti, xüsusən də milliəlşdirilmiş olanlar heç sayğu duruşunu da normal icra etmədi.

Elə-belə, sakitcə durub qaldılar, qımıldanmadılar da. Hələ onda Antonun himnimizi oxumasını görmüşdüm.

Kimisinə görə bu, sadəcə, dodaq təpətmə idi. İddia edənlər var idi ki, Anton himniin sözlərini bilmir, sadəcə, göz və iz azdırır, yəni, yalandan artistlik edir.

Ay keçdi, il keçdi, bax, budur, Antonu Azərbaycan dilində danışan, ən azından, fikirlərini çatdırmağa çalışan gördük.

Bu cəhddən, dili öyrənməyə görə etdiyi canfəşanlıqdan dolayı ona hədsiz minnətdarlığımı bildirmək istərdim. «Sağ ol»umu bu formada çatdırmağı özümə borc bilirəm.

Qazaxıstanla yoxlama oyunu oldu və bitdi. Mənim üçün ondan geri qalan yalnız nəticə deyil. Bu gün xatırlanacaq, sabah yaddan çıxacaq.

Antonun Gündüz Abbaszadəyə matçsonrası açıqlaması və orada Azərbaycan dilində danışdıqlarını isə heç vaxt unutmayacaq

. İki ildir Cənubi Koreyada legioner həyatı yaşayan, bu müddətdə dilimizi yadırğamayan, hətta deyərdim ki, dil bilyiini təkmilləşdirməkdən usanmayan Antona 2-3 dəqiqəlik belə bir imkan yaratmasına görə Abbaszadəyə də təşəkkür etməliyik.

Qoy, Ramil Şeydayev, Höccət Haqverdi, Şahruddin Məhəmmədəliyev, Höccət Haqverdi və digərləri qoy Antona baxıb utansınlar!

Demirəm, gəlin, onların boyuna qəmiş ölçək, «Azərbaycanın havası, suyu, çörəyi siz haram olsun» söyləyək.

Onlar uzun illərdir bu gözəl məmləkətin çörəyini yeyirlər, bütün arzularına çatıblar, böyük pullar qazanıblar, hələ birinin dilimizdə bircə cümlə danışdığını görməmişəm.

Vallah, başqa həmkarlarımın yerinə danışa bilmərəm, mən nə eşitmişəm, nə də görmüşəm.

AFFA illərboyu başıpozuq, əslində isə məqsədli şəkildə süni milliləşdirmə siyasəti aparıb. Şəxsi maraqlarından ötrü kimi gəldi yığmalara, klublara doldurublar.

20-25 il qabaq başlayan bu prosesin acı «meyvələr»ini bu gün də dərməkdə, yeməkdəyik. Qurumdan bir nəfər də çıxıb demir ki, bu saxtalaşdırmaya nə vaxt son qoyulacaq.

Avropada, ABŞ-də, Rusiyanın özündə də bir qayda var - hansı şəxs getdiyi ölkənin vətəndaşlığını almaq istəyirsə, bir neçə müsabiqədən keçməlidir.

Ən sonda da bu ölkənin dilindən imtahan verməlidir. Sən digər kriteriyaların hamısına uyğun gələ bilərsən, yerli dili öyrənməmisənsə, vətəndaşlıq ala bilmirsən.

AFFA, nəhayət, bu mexanizmi futbolda tətbiq etməlidir. Dilimizi mənimsəməyən, himnizimi oxumayanları millidən kənarlaşdırmalıdır.

Yoxsa himn səhnəsi çox pis görünür kənardan.

ELNUR

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti