Əcnəbilərə Azərbaycanda yaşama icazələri vəsiqələri elektron qaydada veriləcək

15 May 07:10 Hadisə 567
Əcnəbilərə Azərbaycanda yaşama icazələri vəsiqələri elektron qaydada veriləcək

Əcnəbilərə Azərbaycanda yaşama icazələri vəsiqələrinin elektron qaydada təqdim olunması planlaşdırılır.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Mayın 14-də qurumda əcnəbi işçi qüvvəsini cəlb edən işəgötürənlərlə görüş keçirilib.

Görüş çərçivəsində əmək miqrasiyası və əcnəbi iş adamlarının iqtisadi fəaliyyəti ilə bağlı aktual məsələlər, yüksək ixtisaslı miqrantlarla bağlı qanunvericilikdəki yeni müddəalar və bu statusun əldə olunma mexanizmi, həmçinin yaşama icazələrinin elektron qaydada təmin edilməsi ilə bağlı yeniliklər diqqətə çatdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!