Millimizə 3 qol vurdu, başqa ölkənin komandasını seçdi

17:20 Hadisə 119
Millimizə 3 qol vurdu, başqa ölkənin komandasını seçdi

PAOK-un futbolçusu Evangelos Qoka milli ilə bağlı seçimini edib.

Sportinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi bu ölkənin yığmasında çıxış edəcək.

Qoka Albaniyanın U-17 və U-19 millisinin formasını geyinib.

Hətta ötən il U-17-nin heyətində Avropa çempionatının seçmə mərhələsində Azərbaycan komandasını 4:1 hesabı ilə məğlub etdikləri matçda het-trikə imza atıb.

Lakin orta sahə oyunçusu bundan sonra Yunanıstanın əsas millisinin formasını geyinəcək.

Evangelos Qoka PAOK-un U-19 komandasında çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti