AFFA Premyer Liqa və I Liqa klublarının həkimləri üçün...

08:40 Hadisə 84
AFFA Premyer Liqa və I Liqa klublarının həkimləri üçün...

UEFA-nın dəstəyi ilə AFFA tərəfindən Azərbaycan milli komandaları, Misli Premyer Liqası və I Liqa klublarının həkimləri üçün "Futbolda zədələr və onların müalicə metodları" adlı seminar təşkil olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

AFFA-nın inzibati binasında baş tutan seminara Azərbaycan milli komandalarının baş həkimi Vyaçeslav Xomenko rəhbərlik edib.

Həmçinin U-21-in həkimi Olcay Bayramov, futzal üzrə Azərbaycan millisinin həkimi Fuad Səfərov və qadınlardan ibarət yığmanın həkimi Lalə İbrahimova da çıxış ediblər.

Məqsəd komandalarda çalışan tibbi heyətin biliyini daha da təkmilləşdirmək, futbolda tez-tez baş verən zədələr və bunun UEFA standartlarına uyğun həlli yolları ilə həkimləri tanış etmək olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti