Bakı səfəri öncəsi 5 illik müqavilə bağladı - Ona 80 milyon qiymət qoyuldu

27 Mart 13:35 Hadisə 3 134
Bakı səfəri öncəsi 5 illik müqavilə bağladı - Ona 80 milyon qiymət qoyuldu

Portuqaliyanın U-21 millisinin futbolçusu Daniel Banjaki Bakı səfəri öncəsi klubu “Benfika” ilə ilk peşəkar müqaviləsini imzalayıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 18 yaşlı müdafiəçi İngiltərə, İspaniya, Almaniya və İtaliyadan təkliflər almasına baxmayaraq, ölkəsində qalmağı üstün tutub.

Banjakinin “Benfika” ilə sözləşməsi 2031-ci ilə qədər nəzərdə tutulub və onun sərbəstqalma məbləği 80 milyon avro göstərilib. Futbolçu millimizlə qarşılaşmada meydana çıxsa, U-21-də debüt edəcək.

Bu gün 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyunu saat 15:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada