“O, işdən çıxarılana qədər açıq-saçıq foto paylaşmağı dayandıracam” - FOTO

02:40 Hadisə 100
“O, işdən çıxarılana qədər açıq-saçıq foto paylaşmağı dayandıracam” - FOTO

Məşhur Çili model, “O’Higgins” klubunun azarkeşi Daniella Çaves ardıcıl uğursuz nəticələrdən sonra komanda ətrafında böyük qalmaqala səbəb olub.

Sportinfo.az xəbər verir ki, sosial media ulduzu baş məşqçi Lukas Bovallonu sərt tənqid etdi və hətta ultimatum da verib: məşqçi işdən çıxarılana qədər açıq-saçıq məzmun paylaşmağı dayandıracağam.

Çavesin sözlərinə görə, komandanın zəif çıxışı onu o qədər məyus edib ki, hətta şəxsi həyatına da təsir edib:

“O, hətta seks istəyimi də əlimdən alıb. Sadəcə istəyirəm ki, baş məşqçi getsin və bəzi oyunçuları da özü ilə aparsın”.

“O’Higgins” hazırda Çili çempionatında yeddi turdan sonra doqquzuncu yerdədir və Libertadores Kubokunun seçmə mərhələsində də mübarizəni dayandırıb.

Maraqlıdır ki, Çavesin onlayn təsiri həqiqətən də böyükdür, çünki onun səhifələrini milyonlarla pərəstişkarı izləyir, ona görə də onun açıqlaması tez bir zamanda sosial mediada yayılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT