Azərbaycanın U-21 millisi növbəti oyunu keçirəcək.
Gənclərimiz AÇ-2027-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya yığmasını qəbul edəcək.
Millimizin baş məşqçisi Rəşad Eyubov futbolçu Oruc Məmmədovla birlikdə oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Rəqib çalışdırıcı Luis Freyre isə buna gərək duymayıb.
40 yaşlı çalışdırıcı azərbaycanlı jurnalistlər üçün mətbuat konfransının təşkilindən imtina edib.
Bu azmış kimi, matçın keçiriləcəyi 8-ci km stadionunda baş tutacaq Portuqaliya millisinin məşqçinin qapalı olmasını istəyib.
Adətən oyunöncəsi hazırlığın ilk 15 dəqiqəsi media mənsubları üçün açıq elan olunur. Freyre buna ehtiyac olmadığını deyərək bir növ komandasını gizlədib.
Sentyabrın 5-dö Portuqaliyanın Barseluş şəhərində baş tutan görüş 5:0 hesabı ilə rəqibin xeyrinə başa çatmışdı.
Bu dəfəki qarşılaşma martın 27-də təşkil olunacaq və Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

