İndiyədək idman sahəsinə aid bir sıra sosial layihələr həyata keçirən «YaaRa Tekstil»in təsisçisi və direktoru Yaqut Bayram bu dəfə sumqayıtlı uşaqları sevindirib.
O, özləri üçün mini meydança düzəldən və futbol oynamağı seçən balacalara dəstək olmağı özünə borc bilib.
Tanınmış qadın iş adamı onları formayla təmin etməyi lazım bilib:
«Bu gün mənə göndərilən bir video həm qəlbimi sevinclə doldurdu, həm də dərin düşüncələrə qərq etdi. Daşın üstündə oynayan, ürəyində saf futbol sevgisi daşıyan balaca uşaqlar…
Onlar mənim bayrağım altında, Azərbaycan bayrağı ilə yanaşı, öz balaca turnirlərini keçiriblər.
Bu, mənim üçün sadəcə bir video deyildi - ümiddir, gələcəkdir, saf sevginin ən gözəl nümunəsidir.Məhz buna görə qərar verdim ki, o körpələr tək qalmasın.
Fikirləşdim ki, qoy onlar futbol sevgisi ilə böyüyərkən, yanlarında mən də olum.
«YaaRa Tekstil» olaraq, Yaqut Bayram kimi, onların bütün geyimlərini öz üzərimə götürdüm. Sevgi ilə, ürəkdən, hər zamankı kimi.
Çünki inanıram ki, böyük arzular məhz belə kiçik meydançalarda başlayır».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

