Azərbaycanda futbolçunun başına gələn bu hadisə hamını qorxutdu - VİDEO

25 Mart 09:50 Hadisə 882
Azərbaycanda futbolçunun başına gələn bu hadisə hamını qorxutdu - VİDEO

II Liqada 19-cu tura yekun vurulub.

İlk «altılığ»a düşmək uğrunda mübarizə aparan «Şəmkir» səfərdə «Ağdaş»ın qonağı olub.

«Ağ-qırmızılar» bu matçdan 2:1 hesablı qələbəylə ayrılıb. Ancaq qazanılan 3 xal qərb təmsilçisini bir o qədər sevindirməyib.

Qarşılaşmanın əvvəlində baş verən hadisə narahatlıq yaradıb. Belə ki, qonaqların yarımmüdafiəçisi Fərid İslamzadə hava mübarizəsi zamanı rəqiblə toqquşmadan sonra yerdə qalıb və oyunu davam etdirə bilməyib,

11-ci diqiqədə Nicat İsmayılovla əvəzlənib. Başından aldığı ağır zərbə üzündən beyin silkələnməsi keçirib, həmçinin üz nahiyəsindən qan açılıb.

Ona ilkin tibbi yardım göstərilsə də, qanı dayandırmaq mümkün olmayıb. Odur ki, futbolçunun gecəylə Bakıya gətirilməsi zərurəti yaranıb.

Onun bu gün əməliyyat olunaağı gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada