Erməni jurnalistə irad tutdu - Qarabağla bağlı

25 Mart 07:10 Hadisə 459
Erməni jurnalistə irad tutdu - Qarabağla bağlı

“Niyə siz “Artsax” deyirsiniz?!”

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan suallarına cavab verdiyi jurnalistə irad tutub.

“Bəs onda Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları verilməyi sizi niyə narahat edir? Belə deyək, Sevana başqa ad verirlər?”, - deyə spiker narazılığını ifadə edib.

Simonyan özünün də nə vaxtsa bu adı işlətməsini səhv adlandırıb: “İndiki halda xahiş edirəm ki, Yerevan İrəvan və ya Sevan necəsə başqa cür adlandırılanda narahat olmayın”.

Jurnalistlərin “Sevan bizimdir” deməsinə isə Simonyan “Qarabağ da Azərbaycana məxsusdur” cavabını verib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!