Azərbaycan millisinin “FİFA Series – 2026” turniri üçün heyəti açıqlanıb.
Heyətdə Almaniyanın 2-ci bundesliqa təmsilçisi “Kayzerslautern”də oynayan Mahir Emrelinin yer almaması diqqət çəkib.
Sportinfo.az xəbər verir ki, qol.az bunun səbəblərini öyrənə bilib.
Bugünlərdə alman klubunun idman direktoru millinin baş məşqçisi Ayxan Abbasova zəng edərək M.Emrelinin mart toplanışına dəvət olunmamasını xahiş edib.
Buna səbəb kimi “Kayzerslautern”in daxili liqada vacib oyunları göstərlib. A.Abbasov xahiş geri çevirməyərək M.Emrelini bu dəfə milliyə çağırmayıb.

