Azərbaycanın tanınmış menecer şirkəti bu hücumçunun transferini rellaşdırdı - FOTO

10:40 Hadisə 265
Azərbaycanın tanınmış menecer şirkəti bu hücumçunun transferini rellaşdırdı - FOTO

Azərbaycan futbol bazarında fəaliyyət göstərən ”Asadov Pro Bridge” qış transfer dönəmində həm yerli, həm də xarici istiqamətdə bir neçə əməliyyat həyata keçirib.

Qlobal fəaliyyət modelini hədəfləyən agentlik və onun təsisçisi, FIFA lisenziyalı futbol agenti Emil Asadov bu transfer pəncərəsində yerli transferlərlə yanaşı, portfelində yer alan xarici futbolçuların da karyerası ilə bağlı qərarlar qəbul edib.

Həmin transferlərdən biri qanalı hücumçu Emmanuel Yaqrla bağlıdır.

Daha əvvəl Qırğızıstan çempionatında çıxış edərək mövsümün bombardiri olmuş forvard 2 illik fasilədən sonra yenidən bu ölkəyə qayıdıb. Afrikalı bu dəfə son çempion ”Bars” ilə 1 illik müqavilə əsasında razılıq əldə edib.

Emmanuel Yaqr üçün Qırğızıstan bazarı tanışdır. Onun əvvəlki çıxışları və qol göstəriciləri yerli futbol ictimaiyyətinə məlumdur.

Məhz bu amillər ”Bars”ın hücum xəttini gücləndirmək planlarında futbolçunun namizədliyini aktuallaşdırıb.

Agentlik bu keçidi futbolçunun daha əvvəl uğur qazandığı çempionata qayıdışı və stabil oyun praktikası əldə etməsi baxımından məqsədəuyğun hesab edib.

Müqavilənin imzalanmasından sonra ”Bars” mövsümöncəsi hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir.

Bu çərçivədə ”Asadov Pro Bridge”in rəhbərliyi klubun idman direktoru ilə görüş keçirib, həmçinin Emmanuel Yaqrla birbaşa görüş baş tutub.

Hücumçu yeni komandasında 15 nömrəli formanı geyinəcək.

”Asadov Pro Bridge” hazırda yay transfer pəncərəsinə də hazırlıq mərhələsindədir.

Agentlik həm yerli futbolçuların xarici bazarlara çıxışı, həm də portfelində olan xarici oyunçuların karyera inkişafı istiqamətində işlərini davam etdirir.

Qarşıdakı aylarda bir neçə yeni transfer və əməkdaşlıqla bağlı ictimaiyyətə məlumat verilməsi gözlənilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!