Nərimandan sonra "Barselona"nın sabiq ulduzunu transfer etdilər

02:50 Hadisə 105
Nərimandan sonra "Barselona"nın sabiq ulduzunu transfer etdilər

Azərbaycan millisinin hücumçusu Nəriman Axunzadənin yeni klubu "Kolambus Kryu" heyətinə daha bir futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, bu haqda ABŞ təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Kolambus Kryu" Portuqaiya millisinin və "Barselona"nın keçmiş futbolçusu Andre Qomeşi transfer edib. 32 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

Andre Qomeş 2014-2018-ci illərdə Portuqaliya yığmasının formasını geyinib. O, milli ilə Avro-2026-nın qalibi olub.

Qomeş karyerası ərzində "Benfika", "Valensiya", "Barselona", "Everton" və "Lill"də oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!