AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da toplantıya qatılıb.
İ, bundan öncəki 4 yığıncaqda iştirak etməmişdi.
AFFA prezidenti Rövşən Nəcəf Çempionlar Liqasında (ÇL) “Qarabağ”ın bu mövsüm qazandığı uğurlar münasibətilə Qurban Qurbanovu təbrik edib, bu nəticələrin Azərbaycan futbolunun beynəlxalq nüfuzunun artmasına töhfə verdiyini vurğulayıb.
Ağdamlıların da çalışdırıcısı öz növbəsində ÇL-ə aid topu ona hədiyyə eləyib.


