Bakıda “Qarabağ”a bu mənzərini ilk dəfə yaşatdılar - VİDEO

08:20 Hadisə 120
Bakıda “Qarabağ”a bu mənzərini ilk dəfə yaşatdılar - VİDEO

Çempionlar Liqasının 6-cı turunun "Qarabağ" - "Ayaks" matçında qonaq komanda bu mövsüm yarışdakı ilk qələbəsini (4:2) qazandı.

Sportinfo.az xəbər verir ki, Amsterdam təmsilçisinin bu uğurunda komandanın fanatlarının da böyük rolu oldu.

Baxmayaraq ki, onlar ÇL-dəki əvvəlki 5 matçın hamısında uduzaraq sonuncu pillədə idilər.

Niderlandlılar Tofiq Bəhramov adına Respublika Stadionunun qapı arxasındakı tribunaların bir hissəsini tam doldurmuşdular.

Onların sayı 1400-dən çox idi. Avropadan bu qədər çox sayda xarici azarkeş Bakıya az halda gəlir.

"Ayaks" azarkeşlərinin bütün matç boyu komandalarına göstərdiyi dəstək isə yaxşı mənada heyrət doğurdu.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!