İlham Əliyevin bu qərarını alqışladı: “Mühüm nailiyyətdir”

12 Dekabr 2025 07:30 Hadisə 389
İlham Əliyevin bu qərarını alqışladı: “Mühüm nailiyyətdir”

“Cənubi Qafqazda kommunikasiyaların açılması Avrasiya İqtisadi İttifaqı ölkələri ilə iqtisadi əlaqələri gücləndirəcək”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Moskvada keçirilən iclasında deyib.

“Qeyd etmək istərdim ki, regionda baş verən müsbət dəyişikliklər iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açır və regional kommunikasiyaların blokunun açılması regionun bütün ölkələri üçün regional əlaqələrin genişləndirilməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi üçün mühüm amilə çevrilə bilər”, - o bildirib.

Paşinyan həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana göndərilən yüklərin Azərbaycan ərazisindən keçməsi üçün tranzit yolunun açılması qərarını alqışlayıb.

“Bu, regionumuzda sülh və sabitliyin bərqərar olmasında mühüm nailiyyətlərdən biridir”, - deyə o əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO