Mübariz Mənsimovdan stadionu stadion alan şəxs kimdir? - FOTO

12 Dekabr 2025 01:10 Hadisə 1 588
Mübariz Mənsimovdan stadionu stadion alan şəxs kimdir? - FOTO

Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, teleqraf-ın əldə etdiyi məlumata görə, stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıxovdur.

Əslən Masallıdan olan S.Sadıxov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə xidmətinin rəisi olub.

O, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Sözügedən stadion 2012-ci ildən Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali”yə məxsus idi. 2014-cü ildən stadionda təmir məqsədilə söküntü işləri başlasa da, sonradan yarımçıq qalmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti