Paşinyan Almaniyada Azərbaycanla sülhdən danışdı

10 Dekabr 2025 08:00 Hadisə 400
Paşinyan Almaniyada Azərbaycanla sülhdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi səfər çərçivəsində Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

Bu barədə Ermənistan Baş nazir Aparatı məlumat yayıb.

Bildirilib ki, həmsöhbətlər ikitərəfli münasibətlərin gündəliyindəki məsələləri, Ermənistan-Avropa İttifaqı qarşılıqlı əlaqələrinin gələcəkdə genişləndirilməsini müzakirə ediblər.

Görüşdə həmçinin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və regional əhəmiyyət kəsb edən digər mövzulara da toxunulub.

Paşinyan sabah Hamburqa yollanacaq və orada bir neçə görüş keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti