"Ayaks" dərd içində - Ulduzu ciddi zədə aldı, "Qarabağ"a qarşı oynamayacaq

12:40 Hadisə 150
"Ayaks" dərd içində - Ulduzu ciddi zədə aldı, "Qarabağ"a qarşı oynamayacaq

Çempionlar Liqasının 6-cı turunda “Qarabağ”la Bakıda keçiriləcək oyundna əvvəl "Ayaks" aparıcı hücumçusunu itirmək təhlükəsi ilə üz-üzədir.

Sportinfo.az “De Telegraaf”a istinadən xəbər verir ki, Niderland çempionunun forvardı Vaut Veqhorst 15-ci turda Erediviziyanın “Fortuna”(Sittard) klubuna qarşı (3:1) keçirilmiş görüşündə topuq nahiyəsindən zədə alıb.

Veqhorst oyun zamanı əvəzlənib və matça davam edə bilməyib. Onun zədəsinin ciddi olub-olmadığı bu gün dəqiqləşəcək.

“Qarabağ" - "Ayaks" matçı 10 dekabrda Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti