“Əla futbolçusan” - Tramp Ronaldoya zəng etdi

10:00 Hadisə 70
“Əla futbolçusan” - Tramp Ronaldoya zəng etdi

ABŞ Prezidenti Donald Tramp Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldo ilə telefon danışığı aparıb.

Sportinfo.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

ABŞ lideri Ronaldonu “əla futbolçu” adlandıraraq, onun Ağ Evə və Oval Ofisə etdiyi səfərə görə təşəkkür etmək üçün zəng etdiyini bildirib.

Ronaldo noyabrın 18-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ziyarəti şərəfinə Ağ Evdə təşkil edilmiş təntənəli şam yeməyinin xüsusi qonaqlarından biri idi.

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!