"Saşa İliç qabalıq etdi".
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Premyer Liqanın 13-cü turu çərçivəsində keçirilən "Şamaxı" - "Sumqayıt" matçında (1:2) yaşanan qalmaqala sərt reaksiya verib.
Tanınmış teleşərhçi "kimyaçılar"ın baş məşqçisinın yerli komandaya və onun baş məşqçisinə qarşı böyük hörmətsizlik etdiyini bildirib.
Məlum olduğu kimi, AFFA-nın İntizam Komitəsi hər iki çalışdırıcını cəzalandırıb.
“Şamaxı”nın sükançısı Ayxan Abbasov oyunun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə alıb. Buna görə 1 oyunluq cəzalanıb və 2000 manat cərimə edilib.
Saşa İliç də cəzasız qalmayıb. O, rəqib komandanın texniki zonasına qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyunluq diskvalifikasiya edilib. “Sumqayıt” isə 10 min manat cərimələnib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

