AFFA-da islahat başladı - İki vəzifəli şəxsin görəvdən alınması səbəbsiz deyilmiş!

14:00 Hadisə 127
AFFA-da islahat başladı - İki vəzifəli şəxsin görəvdən alınması səbəbsiz deyilmiş!

AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev vəzifəsindən ayrılıb.

2024-cü ildən bu postu tutan keçmiş referi şəxsi işləri ilə əlaqədar bu addımı atdığını söyləyib:

"Öz istəyimlə bu vəzifədən ayrılmışam. Burada başqa səbəb yoxdur. Şəxsli işlərimlə əlaqədar bu qərarı verdim".

Ö.Paşayev hakim-inspetor kimi fəaliyyətini davam etdirəcəyini də diqqətə çatdırıb.

affa-da-daha-bir-ayriliq

Amma xeyr… O, öz istəyi ilə postunu tərk etməyib.

İşində yol verdiyi nöqsanlara görə departamentin başından uzaqlaşdırılıb.

Saytımıza məlum oulb ki, AFFA rəhbərliyi son 1 ildə hakimliklə bağlı ciddi araşdırma aparıb. Təhqiqat və müşahidə prosesi kifayət qədər sakit/səssiz gedib. Kimsənin bundan xəbər olmayıb.

Ortalığa çıxan bəzi faktlar həqiqətən təəccüb yaradıb. Bəlli olub ki, Paşayev ölkə çempionatının oyunlarına təyinatların verilməsinə birbaşa təsir göstərib.

AFFA-nın vəzifəli şəxsi sükutu pozdu:

Hakimlər Komitəsinin sədri Frank De Bleker onun təsiri altında imiş. Belçikalı funksioner Paşayevin təqdimatı və verdiyi məsləhətlərlə hərəkət edirmiş.

Ona bununla bağlı ciddi iradlar tutulub. AFFA mənsubları bəzi suallara cavab axtarsa da, qeyri-müəyyən, konkretlikdən uzaq cavablar eşidib.

Məsələn, Premyer Liqanın «x» iştirakçısının oyunlarına eyni hakimlərin tez-tez təyinat almasını qeyd edə bilərik. Nə Bleker, nə də Paşayev bu məsələyə aydınlıq gətirib.

Əksinə, onlardan soruşulan sualları işlərinə müdaxilə halı kimi qiymətləndirməyə çalışıblar.

Təbii ki, belədə adekvat addımın atılması qaçılmaz reallığa çevrilib. Və bu, özünü çox gözlətməyib. Bleker sədrlikdən, Paşayev departamentdən göndərilib.

nigar-arpadarinin-sabiq-komekcisine-affa-da-vezife-verildi

Artıq Ömər Paşayevin yerinə təyinat olub. Bu posta Bəhruz Teymurov gətirilib.

O, bir müddət idi ki, Ö.Paşayevin köməkçisi vəzifəsini yerinə yetirirdi.

Departamentin yeni rəhbəri əvvəllər Azərbaycanda müxtəlif yarışların və tədbirlərin keçirilməsində “venue manager” kimi fəaliyyət göstərib.

B.Teymurov bir müddət millət vəkili Nigar Arpadarainin köməkçisi işləyib.

Elə Hakimlər Departamentinin rəhbəri təyin olunandan sonra onu ilk təbrik edənlərdən biri də deputat olub.

Bəhruz Teymurov müxtəlif idman yarışlarında təşkilati işlərdə çalışsa da, futbol sahəsində yeni adamdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti