Boksçu kimi tanınan Tülin Ələkbərova və onun tələbəsi quldurluq cinayətinə görə polis tərəfindən saxlanılıb.
Sportinfo.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu ərazisində baş verib.
Onlar dekabrın 4-ü 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirərək quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tülin Ələkbərova və 19 yaşlı Abbas Rəhimli tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
T.Ələkbərova bir neçə ay əvvəl xuliqanlıq əməlinə görə məhkəmə qarşısına çıxarılmış və 6 ay müddətinə azadlığın məhdudlaşırılması cəzasına məhkum edilmişdi. Hazırda onun üzərində elektron qolbaq var.

