“Məktəbli Kuboku” Sabirabadda

04:40 Hadisə 53
“Məktəbli Kuboku” Sabirabadda

AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Sabirabad üzrə “Məktəbli Kuboku” turnirinə start verilib.

Sportinfo.az xəbər verir ki, açılış mərasiminin ardından ilk oyunlar keçirilib.

Yarışda 7-ci sinif oğlanlar, 5-ci sinif oğlan və qızlar olmaqla ümumilikdə 55 məktəbin komandaları qüvvələrini sınayacaqlar.

Daxili birincilik başa çatdıqdan sonra hər üç qrup üzrə çempion komanda rayonu bölgə yarışlarında – Regional finallarda təmsil edəcək.

“Məktəbli Kuboku” turnirinin təşkilində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir.

Layihə çərçivəsində ölkənin bütün bölgələrində məktəblər arasında yarışlar keçiriləcək, qaliblər respublika birinciliyində qüvvələrini sınayacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 15:00 Kasıb olanda nə olar…