“Reaksiyam çox sərt idi, amma bundan peşman deyiləm” - VİDEO

3 Dekabr 00:00 Hadisə 329
“Reaksiyam çox sərt idi, amma bundan peşman deyiləm” - VİDEO

Ukrayna Premyer Liqasının 14-cü turunda keçirilən “Şaxtyor” (Donetsk) “Krivbas”la (2:2) oyununda qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, donetsklilərin türkiyəli baş məşqçisi Arda Turan qarşılaşmanın 47-ci dəqiqəsində rəqib çalışdırıcı Patrik van Leuvenə əsəbiləşib.

Arda əsəblərinə hakim ola bilməyərək onun üzərinə hücum çəkib.

Klub əməkdaşları onu sakitləşdirə bilib.

Türkiyəli məşqçi oyundan sonra baş verənlərə belə aydınlıq gətirib:

“Bəzi şeylər var ki, onlar olmamalıdır. Ailə və yaxınlarla bağlı deyilən bütün ifadələr yersizdir.

Bunu heç kəs oyun zamanı emosiyalı olsa belə, dilə gətirməməlidir. Reaksiyam çox sərt idi. Amma bundan peşman deyiləm”.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda