Azərbaycan klubu “Dinamo”nun sabiq yarımmüdafiəçisini istəyir

2 Dekabr 2025 00:40 Hadisə 1 929
Azərbaycan klubu “Dinamo”nun sabiq yarımmüdafiəçisini istəyir

Belaruslu yarımmüdafiəçi Pavel Sedkonun agenti Valeri Rusetski futbolçusunun bir sıra futbol klublardan, o cümlədən Azərbaycandan maraqlananların olduğunu bildirib.

Sportinfo.az “Шчыры футбол” portalına istinadən xəbər verir ki, belaruslu agent Sedko barədə bunları deyib:

“Rusiya Birinci Liqası (FNL), Qazaxıstan, Azərbaycan və Serbiya klubları Pavelə maraq göstərir. Başqa variantlar da var, amma mən onlar haqqında danışmaq istəməzdim.

Çin və Cənubi Koreya klublarının Sedko ilə maraqlanması barədə məlumatlar həqiqətə uyğun deyil. Bunlar uydurmadır”.

27 yaşlı yarımmüdafiəçi “Dinamo” (Brest), “Rux”(Brest), “Torpedo” (Moskva), “Qomel”, “Dinamo” (Minsk), “Torpedo” (Jodino) klublarında, həmçinin Belarus millisində oynayıb. Onun “Torpedo” ilə müqavilə müddəti dekabrın 31-də başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti