Messinin heykəlini bu dəfə ikiyə böldülər - FOTO

2 Dekabr 2025 01:30 Hadisə 332
Messinin heykəlini bu dəfə ikiyə böldülər - FOTO

Argentina millisinin hücumçusu Lionel Messinin Mar-del-Plata şəhərindəki heykəli dağıdılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.

Şəhərdə kafelərin birinin önündə olan heykəl ikiyə bölünüb.

Heykəldə Messi Argentina millisinin formasında, əllərində dünya çempionluğunun kuboku ilə əks olunmuşdu. Skulptura 2022-ci ildə Qətərdə qazanılan dünya çempionluğuna həsr olunub.

Bu, Messinin heykəlinə ikinci hücumdur. 2024-cü ildə də eyni hal baş vermişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti