PİS HADİSƏ: Qeyri-etik hərəkət etdi, səhvini anladı, üzr istədi - VİDEOLAR

11:00 Hadisə 93
PİS HADİSƏ: Qeyri-etik hərəkət etdi, səhvini anladı, üzr istədi - VİDEOLAR

Premyer Liqanın 13-cü turunda keçirilən “Şamaxı” - “Sumqayıt” matçının sonlarında ara qarışıb.

Sportinfo.az xəbər verir ki, qonaqların bərabərlik qolundan sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç ev sahiblərinin məşqçilər korpusuna tərəf qaçaraq qeyri-etik jest edib.

Buna etiraz edən həmkarı Ayxan Abbasov isə onun üstünə hücum çəkib. Baş hakim Tural Qurbanov hər iki mütəxəssisə qırmızı vərəqə göstərib.

Qarşılaşmadan sonra Saşa İliç Ayxan Abbasova qarşı etdiyi hərəkətə görə ondan üzr istəyib:

“Səhv məndədir. Rəqib komandanın baş məşqçisindən üzr istəyirəm.

Bu, futboldur, emosiyalar qaçılmazdır. Lakin gərək bu hadisə yaşanmazdı.

Mən özüm də keçmiş futbolçuyam, meydandakı gərginliyi anlayıram.

Etdiyim jest konkret kiməsə ünvanlanmamışdı. Təəssüf ki, belə alındı”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"