Tanınmış futbolçunun nişanlısından ecazkar FOTOLAR

03:00 Hadisə 68
Tanınmış futbolçunun nişanlısından ecazkar FOTOLAR

“Arsenal”ın aparıcı hücumçusu Bukayo Saka bu mövsüm təkcə Premyer Liqa və Çempionlar Liqasında deyil, həm də şəxsi həyatında şanslı olub.

Sportinfo.az xəbər verir ki, İngiltərə mətbuatında çıxan çoxsaylı xəbərlərə görə, Saka sevgilisi Tolami Bensona evlilik təklifi edib.

Bukayo 24 yaşlı sevgilisi ilə 2020-ci ildən görüşür.

O vaxtdan bəri cütlük münasibətlərini mümkün qədər gizli saxlayıb, iki il sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış ediblər: əvvəlcə Dubayda yaxtada, sonra isə DÇ-2022-də.

Sakanın sevgilisi Londonda yerləşən “Zenith”də planlaşdırma meneceridir.

“Topçular”ın cinah oyunçusu bu yaxınlarda paytaxtdakı lüks restoranlardan birində özəl romantik şam yeməyi verib və görüş zamanı Tolamiyə evlilik təklifi edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"
30 Noyabr 20:00 Çək və bizə göndər!