İdmançı azərbaycanlı bloqeri canlı yayımda döydü

29 Noyabr 2025 09:00 Hadisə 875
İdmançı azərbaycanlı bloqeri canlı yayımda döydü

Azərbaycan əsilli tanınmış bloqer Sübhan Məmmədov (“Subo”) Dubayda canlı yayım zamanı fiziki hücuma məruz qalıb.

Sportinfo.az xəbər verir ki, insident “Subo”nun MMA döyüşçüsü Şovhal Çurçayev barədə səsləndirdiyi sözlərdən sonra baş verib.

Belə ki, bloqer canlı yayımda döyüşçünün guya UFC rəhbəri qarşısında diz çökərək yarışlara dəvət istədiyini iddia edib.

Bu ifadələri özünə ağır təhqir hesab edən Çurçayev əsəbiləşərək bloqerə zərbələr endirib.

Bu ilin əvvəlində “Subo”nun Rusiya vətəndaşlığı ləğv olunub və onun ölkəyə girişinə qadağa qoyulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!