Eh, “Şamaxı”… Onlar da "Məhəllə Uşaqları"nin qarşısına çıxmadı

28 Noyabr 2025 03:20 Hadisə 597
Eh, “Şamaxı”… Onlar da "Məhəllə Uşaqları"nin qarşısına çıxmadı

AFFA Gənclər Liqasında çıxış edən "Şamaxı"ya texniki məğlubiyyət verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi "Qarabağ"la matçda limiti pozduğu (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) üçün bu halla üzləşib. Hesab isə olduğu kimi saxlanılıb.

Bundan əlavə, U-13 Liqasında "Sumqayıt City" də texniki məğlubiyyət alıb. "Gənclik şəhəri" təmsilçisi "Məhəllə Uşaqları" ilə matçda təyin olunan vaxtda meydanda olmayıb. Sumqayıt komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti