“İmişli”nin futbolçusu Sportinfo.az-a başına gələn maraqlı əhvalatı nəql edib.
O, ötən mövsümün gedişində qonaq qismində Azərbaycana gəlibmiş. Ölkəmizdə olduğu müddətdə Premyer Liqanın oyununu stadionda canlı izləyib və gördüklərinə heyran olub.
Və bir neçə aydan sonra arzusu həyata keçib.
Söhbət aran təmsilçisinin braziliyalı müdafiəçisi Dioqo Rollodur.
24 yaşlı futbolçu “Neftçi” üzərində qələbə qazanacağınızı təsəvvür edə bilərdin?” sualını eşidəndə, yaşadığı olay yadına düşüb:
“Gəlin, sizə bir əhvalat danışım. Ötən mövsümün gedişində Azərbaycana gəlmişdim.
Fürsətdən istifadə edib, elə bu stadionda (“Palms Sports Arena”) “Neftçi” – “Araz-Naxçıvan” görüşünü izləmişdim. Oyun keyfiyyəti, arenadakı ab-hava, stadionun özü o qədər xoşuma gəlmişdi ki...
Bir gün Azərbaycanda oynamağın xəyalı ilə buradan ayrılmışdım. İş elə gətirdi ki, yayda “İmişli”dən təklif aldım və müsbət dəyərləndirdim.
İndi isə debütant komanda olaraq nələrsə etməyə çalışırıq, “Neftçi”ni səfərdə məğlub edirik. Bu cür azarkeşlərin önündə “Neftçi”yə və digər komandalara qarşı oynamaq mənim üçün fəxrdir”.
Rolyo cari mövsümdə “İmişli”nin elitadakı bütün oyunlarında iştirak edərək 12 görüşdə aktivinə 2 qol yazdırıb.
HƏBİB

