Ronaldo və sevgilisinin toyu Madeyra adasında olacaq

27 Noyabr 2025 12:20 Hadisə 529
Ronaldo və sevgilisinin toyu Madeyra adasında olacaq

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo və sevgilisi Corcinа Rodrigezin toyu Portuqaliyanın Madeyra adasında baş tutacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Jornal da Madeira” nəşri yazıb.

Məlumata görə, toy mərasimi Ronaldonun doğulduğu Funşal şəhərinin kilsəsində keçiriləcək, sonra isə lüks hoteldə davam edəcək.

Daha əvvəl Ronaldo britaniyalı jurnalist Pirs Morqanla söhbəti zamanı toy mərasiminin gələn ilin 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada baş tutacaq dünya çempionatından sonra keçiriləcəyini söyləmişdi.

Corcina bu ilin avqustun 11-də instaqram hesabında etdiyi paylaşımda Kriştianonun ona evlilik təklif etdiyini açıqlamışdı.

9 ildir birlikdə olan cütlüyün Alana və Bella adlı iki qızı var. Ronaldonun digər uşaqları isə surroqat anadan dünyaya gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!