Azərbaycanda bu tip futbolçular izlənilirmi? - VİDEO

26 Noyabr 2025 11:00 Hadisə 975
Azərbaycanda bu tip futbolçular izlənilirmi? - VİDEO

Azərbaycan futbolunda səssiz, lakin ardıcıl şəkildə yüksələn futbolçular var.

Onlar çox danışmırlar, şou göstərmirlər, amma meydanda komandanın ən ağır yükünü çəkirlər.

Seymur Məmmədov məhz bu tip oyunçulardandır.

Hazırda “Mingəçevir”də çıxış edən, “Sabah”an bir llik icarə əsasında komandaya qoşulan 21 yaşlı dayaq yarımmüdafiəçisi mövsümün əvvəlindən bu günə qədər bütün matçlarda 90 dəqiqə meydana çıxıb və baş məşqçi Ramiz Məmmədovun əvəzedilməz simalarından birinə çevrilib.

“Mingəçevir”də əsas oyun yükünü daşıyan Seymurun rolunu ən dəqiq bir cümlə ifadə edir: “O olmayan kimi komandanın ritmi dəyişir.”

Fiziki hazırlığının yüksək olması, oyunu “oxuma” bacarığı, təzyiq altında soyuqqanlı davranışı və müdafiə ilə hücum arasındakı tarazlığı qoruma qabiliyyəti onun komandanın mərkəzində etibarlı bir sütun olduğunu sübut edir.

Azərbaycanda bu tip futbolçular izlənilirmi? - VİDEO

“Sabah”da başlanmış yüksəliş
Keçən mövsüm “Sabah”ın əsas heyətində son 3-4 ayda şans qazanan və orada da yaxşı oyunlar sərgiləyən Seymur, əslində, böyük futbola keçidin astanasında olduğunu göstərmişdi. Klub rəhbərliyi onunla bağlı planlarını saxlayıb - bunu göstərən əsas nüans Seymurun “Sabah”la hələ də qüvvədə olan 1 illik müqaviləsidir.

Niyə icarə? - Gənc üçün doğru addım
Bu mövsüm “Sabah”da baş məşqçinin dəyişməsi, çoxlu sayda yeni və xüsusilə legioner transferlərinin həyata keçirilməsi, gənclər üçün risk yaradırdı. Daim oynamaq üçün ideal mühit isə məhz “Mingəçevir”də yarandı. Seymurun oyun praktikasını itirməməsi, tam əksi, daha da inkişaf etməsi üçün bu addım həm klub, həm də futbolçu üçün ən doğru qərar oldu. Hazırda karyerasının ən yaxşı fiziki formasında “Mingəçevir”dəki yük, oyun ritmi və məşq prosesi Seymuru daha da “böyüdüb”. Bu gün o meydanın hər metrini qət edə bilir, oyunun temposunu idarə edir, rəqibin hücum quruculuğunu kəsir, komandaslnın əks-hücuma keçidlərini başlayır. Bu tip keyfiyyətlər Azərbaycan futbolunda çox az sayda gəncdə görünür.

Azərbaycanda bu tip futbolçular izlənilirmi? - VİDEO

Bu tip futbolçular izlənilirmi?
Azərbaycanda tez-tez eşidilən bir ifadə var: “Gənclər daim izlənilir.”
Amma reallıq bəzən fərqli olur. Sual ortaya çıxır:
- Seymur kimi səssiz, lakin komandanın mərkəzini formalaşdıran dayaq yarımmüdafiəçilər həqiqətən izlənilir?
- Bu cür profillərə kim baxır?
- Yoxsa bu sual hələ də açıq qalır?
“Mingəçevir”də hər tur 90 dəqiqə oynamaq - bu, böyük nailiyyətdir. Amma onun bu yetkin oyunu kim tərəfindən dəyərləndirilir? Bu sualın cavabı, təəssüf ki, hələ də Azərbaycan futbol sisteminin ən zəif nöqtələrindən biridir.

Gələcək - daha böyük məsuliyyət və daha geniş imkanlar

Seymur Məmmədovun “Sabah”la hələ 1 illik müqaviləsinin qalması onun gələcək planlarında Bakıya qayıdıb əsas komandada daha böyük rol alma ehtimalını gücləndirir. Hazırkı performansını davam etdirərsə, gələn mövsüm “Sabah”ın mərkəz xəttində ciddi rəqabət yarada biləcək futbolçulardan biri olacaq. Seymur Məmmədov səs-küylü transferlər etmədən, PR kampaniyalarına ehtiyac duymadan, yalnız əmək, fiziki hazırlıq və stabil oyun ilə irəli gedən nadir gənclərdəndir. Onun “Mingəçevir”də sərgilədiyi performans bir daha göstərir ki, Azərbaycan futbolunun inkişafı üçün belə çalışqan, meydanın görünməyən qəhrəmanlarına daha çox diqqət ayrılmalıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!