Füzuli Məmmədovun «Karvan»ın sükanı arxasına keçməsindən xəbərdarsız.
O, bu postda Azər Həşimovu əvəzləyib.
Saytımız bu təyinatla bağlı maraqlı məlumat əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, «Neftçi»nin sabiq baş məşqçisinin Yevlax klubu ilə anlaşmasında Yunis Hüseynov mühüm rol oynayıb.
Vaxtilə «sarvanlar»ı çalışdırmış, hazırda isə «Turan Tovuz»da Kurban Berdiyevin köməkçisi işləyən mütəxəssis bu məsələdə vasitəçilik missiyasını yerinə yetirib.
«Karvan» rəhbərliyi ilə hələ də isti münasibətləri olan Hüseynov Məmmədovun görəvə gətirələcəyi təqdirdə, komandanı ayağa qaldıracağına zəmanət verib.
15 ildən sonra Premyer Liqaya dönmüş aranlılar 12 tura 5 xal toplayıb və turnir cədvəlinin axırıncı - 12-ci pilləsində qərarlaşıb.
2020-ci ilin yanvar-noyabr ayları ərzində «Neftçi»ni çalışdırmış Məmmədov keçən mövsümü «Mingəçevir»də başa vurub.
SPORTİNFO.AZ

