Nazir “Napoli” ilə matçdan sonra “Qarabağ”ın paltardəyişmə otağına getdi - FOTOLAR

26 Noyabr 2025 09:00 Hadisə 1 149
Nazir “Napoli” ilə matçdan sonra “Qarabağ”ın paltardəyişmə otağına getdi - FOTOLAR

Xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda “Napoli” - “Qarabağ” (2:0) qarşılaşmasını izləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Xİn rəhbəri “X”də paylaşım edib.

“İtaliyaya rəsmi səfərim çərçivəsində “Qarabağ” və “Napoli” arasında keçirilən Çempionlar Liqası matçını izləməkdən məmnunam”, - nazir bildirib.

O əlavə edib ki, bu, “Qarabağ”ı dəstəkləmək üçün mənalı bir fürsət idi, çünki onlar Azərbaycanı Avropa səhnəsində qürurla təmsil edirlər:

“Matçdan sonra “Qarabağ”ın prezidenti Tahir Gözəllə birlikdə oyunçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan “Napoli”yə qarşı əzmkar oyunlarına görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda uğurlar arzuladım”.





Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti