Azərbaycanda futbolçu mediaya dediyi bu sözlərə görə cəza aldı - FOTO

26 Noyabr 2025 03:50 Hadisə 558
Azərbaycanda futbolçu mediaya dediyi bu sözlərə görə cəza aldı - FOTO

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az-ın PFL-in saytına istinadən məlumatına görə, iclasda "Karvan-Yevlax"ın yarımmüdafiəçisi Vadim Abdullayevin 1 oyunluq cəzalandırılmasına qərar verilib.

Buna səbəb Abdullayevin Premyer Liqanın 12-ci turunun "Kəpəz"lə oyunundan sonra mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verməsi olub.

V.Abdullayev "Kəpəz"lə oyundan sonra özü bilərəkdən sarı vərəqə aldığını açıqlayıb. O, cəzasını "Qarabağ"la oyunda çəkərək, 14-cü turda "Şamaxı" ilə matçda meydanda olmaq istədiyini deyib.

Bu açıqlaması isə onun "Şamaxı" ilə görüşü də burxmasına səbəb olacaq.

Azərbaycanda futbolçu mediaya açıqlamasına görə cəza aldı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti