Beş ildən sonra Premyer Liqaya qayıtdı, özünə 3 köməkçi götürdü

25 Noyabr 2025 09:40 Hadisə 3 106
Beş ildən sonra Premyer Liqaya qayıtdı, özünə 3 köməkçi götürdü

«Karvan»ın sükanı arxasına keçən Füzuli Məmmədov özünə 3 köməkçi götürüb.

O, «Mingəçevir»də bir yerdə çalışdığı şəxsləri özüylə yeni iş yerinə aparıb.

Rafael Əmirbəyov onun əsas köməkçisi olacaq.

Mehman Yunusov fiziki hazırlığa məsuliyyət daşıyacaqsa, Rauf Mehdiyev qapıçılarla əmək sərf edəcək.

Belədə Azər Həşimovdan sonra daha iki məşqçi «Karvan»la vidalaşmalı olub. Bunlar Zaur Hacıyev və Hüseyn Məhəmmədovdur.

Ötən mövsümü «Mingəçevir»də başa vuran Füzuli Məmmədov 5 illik aradan sonra Premyer Liqa səhnəsinə qayıdıb. 2020-cü ilin yanvarından noyabra kimi «Neftçi»də fəaliyyət göstərdiyini xatırladaq.

14 ildən sonra elitaya qayıtmış Yevlax təmsilçisi 12 tura 5 xal toplayıb. Bu göstərici «sarvanlar»ı turnir cədvəlinin sonuncu - 12-ci pilləyə yuvarladıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!