Qəribə qərar - Pul yoxdur, “kofe-breyk” də yoxdur!

23 Noyabr 2025 18:10 Hadisə 655
Qəribə qərar - Pul yoxdur, “kofe-breyk” də yoxdur!

«İmişli» rəhbərliyi həm maraqlı, həm də qəribə görünən addım atıb.

Premyer Liqada ilk mövsümünü keçirən komanda «kofe-breyk»dən məhrum edilib.

Futbolçular məşqdən və ya oyundan sonra ağızlarının dadını dəyişmək üçün yalnız su içməli olacaqlar. Ürəyi istəyən isə öz cibinin puluna güvənməlidir.

Təbii ki, bu qərar Jorj Kaskilyanın xoşuna gəlməyib. Baş məşqçi narazılığını bildirib.

Portuqaliyalı çalışdırıcıya elan olunub ki, hər «kofe-breyk» büdcəyə «güc salır».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!