Ardıcıl 4 gün iş olmayacaq - Bu həftəsonundan etibarən

4 Noyabr 2025 07:10 Hadisə 729
Ardıcıl 4 gün iş olmayacaq - Bu həftəsonundan etibarən

Bu həftəsonundan etibarən Zəfər Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq.

8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.

Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq.

Konstitusiya Günü (12 Noyabr) və Milli Dirçəliş Günü (17 Noyabr) isə iş günü olan bayram günləridir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM