“Qarabağ”lı Ronaldoya toxunan əlcəklərini paylaşdı - FOTO

09:20 Hadisə 262
“Qarabağ”lı Ronaldoya toxunan əlcəklərini paylaşdı - FOTO

Səudiyyə Ərəbistan Liqasının 7-ci turunda “Qarabağ”ın sabiq legioneri Yasin Benzianın çıxış etdiyi “Əl Feyha” səfərdə “Əl Nəsrin” qonağı olub.

Sportinfo.az xəbər verir ki, Kriştianu Ronaldonun dubl etdiyi oyunda “Əl Nəsr” 2:1 hesablı qələbə qazanıb.

Matçdan sonra Benzia Kriştianu Ronaldo ilə görüşüb.

Həmin görüşdə “Qarabağ”ın sabiq futbolçusunun əlindəki Toral Bayramova məxsus əlcəklər diqqət çəkib.

Benzia “Qarabağ”dan ayrılıb Səudiyyə Ərəbistanı təmsilçisinə keçərkən Toralın ona hədiyyə etdiyi əlcəkləri özü ilə aparıb və bütün çempionat matçlarında istifadə edir.

Ötən gün də həmin əlcəklərlə Ronaldo ilə görüşüb.

T. Bayramov özü də bu barədə sosial şəbəkə hesabında paylaşım edib və o, Ronaldoya toxunan əlcəklərini göstərməyə çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:00 Çək və bizə göndər!