Xalq artisiti Röya Ayxanın konsertində maraqlı hadisə baş verib.
Musiqi gecəsinə təşrif buyuran gənc kişi telefonda «Qarabağ»ın Çempionlar Liqası oyununu izləyib.
Ona yaxınlaşan müğənni telefonu əindən alıb və hamıya göstərib. Ağdam klubunun azarkeşinin futbola tamaşa etməsindən qıcıqlanan sənətçi onunla dialoq qurub.
Röya həmin şəxsdən oyuna pul qoyuluşu edib-etməməsini soruşub. Estrada ulduzunun həmin əsnada dedikləri sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

